Xalq artisti Azər Paşa Nemətovun vəfat etdiyi an barədə: “Sürücüsü evə girəndə görüb ki…”

Xalq artisti Azər Paşa Nemətovun vəfat etdiyi an barədə: “Sürücüsü evə girəndə görüb ki…”

“Hacı İsmayılovla mən onun ölümünü dəqiqləşdirmək üçün evinə getdik. Azərpaşa özünü pis hiss edən zaman Mehman adlı sürücüsünə zəng edib vəziyyətinin yaxşı olmadığını deyib. Ondan evə gəlməsini xahiş edib. Qapını da açıq qoyub. Sürücüsü evə girəndə görüb ki, Azərpaşa qonaq otağında yerə yıxılıb”.

 

Sfera.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Rafiq Əzimov Azərpaşa Nemətovun ölümündən danışarkən deyib. O, Nemətovun bir müddət əvvəl onurğasından zədə aldığını və bu səbəblə əməliyyat keçirdiyini də vurğulayıb:

 

“Biz onun bu cür ölümünü gözləmirdik. Onurğasından böyük əməliyyat keçirmişdi. Əməliyyat uğurlu olmuşdu deyə o, özünü gümrah hiss edirdi”.

 

Qeyd edək ki, Xalq artisti Azərpaşa Nemətov ötən gün 75 yaşında dünyasını dəyişib. 1947-ci ildə Bakı şəhərində anadan olan Xalq artisti yaradıcılığı boyunca yüzdən artıq tamaşaya quruluş verib.


O, 2016-cı ilin yanvarın 6-dan bu günə qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...