Logo

Bakıda dəhşətli yanğın - Ölənlər var

Bakıda dəhşətli yanğın - Ölənlər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün saat 05 radələrində Bakıda sexdə yanğın olub.

Sfera.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verən yanğın zamanı 2 nəfər sexin içərisində yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.

Qeyd edək ki, yanğın zamanı 370 kvadrat metr sahəli sexin 44 kvadratlıq hissəsi yanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR