Rəsulzadə küçəsinin adı dəyişdirilib? - Rəsmi açıqlama

Rəsulzadə küçəsinin adı dəyişdirilib? - Rəsmi açıqlama

Bəzi sosial şəbəkələrdə və Youtube kanallarında Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadə küçəsinin adının dəyişdirilməsi ilə bağlı məlumat yayılıb.

 

Şirvan Şəhər İcra Hakimiyyəti məsələyə münasibət bildirib.

 

Bu burədə "Qafqazinfo"ya bildiririb ki, Şirvan şəhərinin mərkəzi prospektlərindən biri Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır, şəhərin Hacıqəhrəmanlı qəsəbəsində də Məhəmməd Əmin Rəsulzadə küçəsi mövcuddur:

 

"Prospekt şəhərin Xəqani küçəsindən başlayaraq Naxçıvan küçəsinə qədər olan ərazini, Hacıqəhrəmanlı qəsəbəsində isə mərkəzi küçəni əhatə edir.

 

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” na uyğun olaraq, Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan prospektdə və küçədə abadlıq və quruculuq işləri aparılır.

 

Belə ki, Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidənqurulması istiqamətində görülən işlər çərçivəsində şəhərin Məhəmməd Əmin Rəsulzadə prospektinin bir hissəsində diametri 400 mm-lik olan, uzunluğu 650 p/m yeni kanalizasiya şəbəkəsinin qurulması işləri davam etdirilir.

 

Hacıqəhrəmanlı qəsəbəsi Məhəmməd Əmin Rəsulzadə küçəsində isə abad məhəllənin salınması üçün hazırlıq işləri aparılır. Şəhər mərkəzi ilə yanaşı 2023-cü ildə qəsəbələrdə də abad məhəllələrin salınması ilə əlaqədar layihələndirmə işləri başa çatdırılıb. Layihə üzrə şəhərin Hacıqəhrəmanlı qəsəbəsi Məhəmməd Əmin Rəsulzadə və Bayramlı qəsəbəsi Mirzə Ələkbər Sabir küçələrində salınacaq abad məhəllələrdə sakinlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır. Burada söhbətgahlar, uşaq əyləncə qurğuları, oturacaqlar quraşdırılacaq, ərazi abadlaşdırılaraq yaşıllaşdırılacaqdır.

 

Sosial şəbəkə istifadəçilərdən və jurnalistlərdən əsassız məlumatların yayılmamasını və vətəndaşlarda çaşqınlıq yaratmamalarını xahiş edirik".

 




OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTOLAR

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.   Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə a...