“Mahnılarımı səhv salıblar, başqası olmalı idi” - Şəbnəm Tovuzludan Dil Komissiyasına ETİRAZ

“Mahnılarımı səhv salıblar, başqası olmalı idi” - Şəbnəm Tovuzludan Dil Komissiyasına ETİRAZ

Xəbər verdiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, siyahıda adı olanlardan biri də müğənni Şəbnəm Tovuzludur. İfaçının "Baldır balam" mahnısı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda yer alıb. 

 

Şəbnəm Axşam.az-a açıqlamasında buna etirazını bildirib. O deyib ki, övlada həsr edilən mahnının bu siyahıda yer almasını düzgün hesab etmir:

 

"Mahnımda elə bir şey yoxdur. Balanı əzizləmək üçün bir mahnıdır. Orada nə var ki? Mahnı seçəndə mən sözlərə fikir verirəm. Əsas sözdür. 50 faiz sözdürsə, 50 fazi də musiqidir. Musiqi də gözəl olmalıdır ki, qulağa yatsın. Məncə, mənim "Götürün badə içim, bəlkə silim adın dilindən" sözlərinin yer aldığı mahnımla bunu səhv salıblar. Övlad üçün oxunan mahnıda nə nöqsan olacaq? Badədən oxuyurlar, klip çəkirlər niyə ona baxmırlar?".


OXŞAR XƏBƏRLƏR

“Qaba güc tərəfdarları Ermənistanla sülh sazişi imzalamağımızı istəmirlər” — Qüdrət Həsənquliyev

“Qaba güc tərəfdarları Ermənistanla sülh sazişi imzalamağımızı  istəmirlər”-Qüdrət Həsənquliyev   Ədalət, Hüquq, Demokratiya (ƏHD) Par...

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...