"Köhlən atlar"ın futbolçusundan DƏVƏT: “Gəl “Qarabağ”a, qardaş”

“Qarabağ”ın futbolçusu Redon Cica Kosovo millisinin oyunçusu Florent Hasanini komandasına dəvət edib.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumat Albaniya mətbuatında yayılıb.

 

26 yaşlı vinger “Erzeni” ilə Albaniya çempionatındakı matçda (3:1) het-trik edib. O, bundan sonra İnstaqramda “bu gün yaxşı gün idi” sözləri ilə paylaşım edib. Cica isə paylaşıma yazdığı şərhdə “Gəl “Qarabağ”a, qardaş” sözlərini yazıb.

 

Albaniya mətbuatı indi bu sözlərin zarafat olduğunu qeyd etsə də, “Tirana” klubunun yayda müqaviləsi başa çatacaq Hasanini saxlamağın çətin olacağını yazıb.

 

Qeyd edək ki, Hasani bu mövsüm 27 oyuna 14 qol vurub.


OXŞAR XƏBƏRLƏR

"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev

"Rusiyada azərbaycanlılara qarşı aparılan bu represiya ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrıseçkiliyin nə qədər dərinə işləmiş olduğunu göstər...

“Qaba güc tərəfdarları Ermənistanla sülh sazişi imzalamağımızı istəmirlər” — Qüdrət Həsənquliyev

“Qaba güc tərəfdarları Ermənistanla sülh sazişi imzalamağımızı  istəmirlər”-Qüdrət Həsənquliyev   Ədalət, Hüquq, Demokratiya (ƏHD) Par...

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...