Logo

İcra başçısının baş həkim qardaşı VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - FOTO

İcra başçısının baş həkim qardaşı VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Şabran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub.

Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, Aslan Usubov faktı təsdiqləyib. O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.

Aslan Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş şəhər xəstəxanasına direktor təyin olunduğunu deyib.

Şabran Rayon Mərkəzi Xəstəxanasında onu bu vəzifədə əslən Şabrandan olan Səxavət Cəbrayılov əvəz edib.

Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.

Fotoda Aslan Usubov

İcra başçısının baş həkim qardaşı VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR