Ramazanda ən düzgün qidalanma metodu - Kökəlməmək üçün vacib şərtlər

Ramazanda ən düzgün qidalanma metodu - Kökəlməmək üçün vacib şərtlər

İftar süfrəsində orqanizmin maye və enerji ehtiyacının ödənilməsi vacibdir, amma çox yemək kökəlməyə səbəb ola bilər.

 

 

Sfera.az xəbər verir ki, sağlam şəkildə oruc tutmaq istəyənlər iftar və sahurda balanslaşdırılmış qidalanma planına əməl etməlidirlər. İftar yeməyi zülal, lif, sağlam yağlar və kompleks karbohidratlar olan qidalardan ibarət olmalıdır. Fast food, şəkərli və emal olunmuş qidalar yerinə evdə hazırlanan yeməklərə, təzə meyvə-tərəvəzlərə üstünlük verilməlidir.

 

 

Yeməkləri yavaş-yavaş və yeməklər arasında daha uzun fasilələrlə yemək də porsiyaya nəzarət etməyə kömək edə bilər. Sahur yeməyi gün boyu enerji vermək üçün vacibdir. Sahurda tərkibində protein, kompleks karbohidratlar və sağlam yağlar olan qidalara üstünlük verilməlidir.

 

 

Əsas yemək olaraq protein, kompleks karbohidratlar və tərəvəzlərdən ibarət balanslaşdırılmış yeməyə üstünlük verilməlidir. Yağlı, duzlu, şəkərli və ağır yeməklərdən uzaq durmaq lazımdır.

 

Sahur yeməyi bütün gün ac qalma prosesinin başlanğıcıdır. Bu səbəbdən sahurda kifayət qədər su içmək və sizi tox saxlayacaq qidalardan istifadə etmək vacibdir.

 

Sahurda yulaf ezmesi, kəpək çörəyi, tam buğda çörəyi, yumurta, az yağlı süd və qatıq kimi qidalar istehlak edilə bilər.

 

Bundan əlavə sahurda istehlak edilən qidaların lif və zülal baxımından zəngin olması toxluq hissinin uzun müddət davam etməsinə kömək edir.

 

İftar su, xurma ilə başlayır, sonra şorba kimi yüngül yeməklə davam edir.

 

Ramazan ayında pəhriz saxlayanlar üçün ən vacib məqam nizamlı və sağlam qidalanmalarıdır. Ramazanda qidalanma proqramı insanın yaşına, cinsinə, çəkisinə və fiziki fəaliyyət səviyyəsinə uyğun olaraq təyin edilməlidir.

 

Bundan əlavə, oruc tutarkən maddələr mübadiləsi sürəti azalır, buna görə də adekvat və balanslı qidalanma təmin edilməlidir. Qidalanma proqramı dietoloq tərəfindən təyin edilməli və insanın sağlamlıq vəziyyəti izlənməlidir.

Medicina.az

 

 

 


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...

Deputat: "Səfərovların ölümü ardıcıl təzyiqlərin davamıdır"

Son günlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələr ölkəmizdə ciddi narahatlıqla qarşılanır.   Xatırladaq ki, Feder...

Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib -FOTOLAR

Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.   Sfera.az xəbər verir ki, APA-nın Rusiya bürosu...