Ən mükəmməl cütlük hansı bürclərdən çıxır? - QOROSKOP

Ən mükəmməl cütlük hansı bürclərdən çıxır? - QOROSKOP

Bəzi insanlar bir-biri üçün yaradılıb. Bir-birindən başqa heç kimi görməyən, mümkün olan ən həyəcanlı macəralara atıldıqları və ya hər hansı bir mühitdə bir-birlərinə dəstək olduqları zaman onları dərhal seçirik. Onlar hərəkətsiz bir çərçivə kimi mükəmməl və sevgi ilə dolu görünürlər.

 

Astrologiyaya görə, bu cütlər bir səbəbə görə mükəmməldirlər: düzgün bürc birləşməsi!

 

Sfera.az ən yaxşı bürc cütlərini təqdim edir:

 

Qoç və Dolça

 

Bu bürc arasındakı əlaqənin bir saniyəsi də darıxdırıcı deyil. Çılğın şeyləri birlikdə yaşamağı sevən bu cütlüyün münasibəti hər zaman həyəcanla keçir. Yeniliklərə çox açıq olan bu cütlük həm də yaxşı komanda oyunu oynamağı bacarır və birlikdə olmaqdan bir an belə sıxılmırlar. Digər tərəfdən, onlar həm fərdi vaxtlarını qiymətləndirirlər, həm də bi-birlərinin müstəqilliklərinə hörmət edirlər. Bir-birindən ayrı keçirdikləri zaman isə onları bir-birindən uzaqlaşmır, əksinə daha da yaxınlaşırlar. 

 

Buğa və Xərçəng

 

Buğa və Xərçəng demək olar ki, bir-biri üçün yaradılıb. Bir-birini ən yaxşı tamamlayan bürc cütlərindən biri olan bu ikisi həm fiziki, həm də emosional olaraq bir-birinə çox bağlıdır. Münasibətləri irəlilədikcə, aralarındakı hislər güclənir və bir-birlərini çox yaxşı tanıyırlar. Bir-birlərini tərifləməyi sevir və həmişə bir-birlərini qiymətləndirirlər.

 

Əkizlər və Dolça

 

Dolça və Əkizlər arasında zehni və emosional baxımdan inanılmaz bir əlaqə var. Onlar bir-birlərini çox qısa müddət tanısalar da, iki tərəfdə sanki illərdir tanış olduqları hissi var. Onlar ayrı-ayrılıqda və birlikdə vaxt keçirməkdən zövq alırlar və bu, onların münasibətlərini gücləndirir.

 

Xərçəng və Balıq

 

Hər ikisi su bürcü olan bu cütlük özləri haqqında güclü qavrayışlara malikdir. Bir araya gəldikdə, qurduqları bağ çox möhkəm olur. Özlərini sevməyi bilən xərçəng və balıqlar qarşıdakı insanı da sevməyi bacarırlar. Balıqlar ünsiyyət qurmağı sevərkən, bu ünsiyyəti genişləndirən tərəf Xərçəngdir.

 

Şir və Oxatan

 

Şir və Oxatan bürcü arasındakı sıx ehtiras onlara həyatdan həzz almağa və sevgilərini doya doya yaşamağa imkan verir. Ehtiraslı bir xarakter daşıyan bu iki bürcün insanları məqsədlərinə çatmaq üçün bir-birlərini çox həvəsləndirirlər. Hər iki tərəf, nəticədən asılı olmayaraq, sevgilisinə nə etmək istəyirsə, ona tam dəstək olmağı xoşlayır.

 

Qız və Buğa

 

Qız və Buğanın birliyində hər şey sakit və kollektivdir. Gündəlik həyatlarında praktik olmağı sevən bu cüt, ahəngdar xarakterləri sayəsində münasibətlərdə həddindən artıq dalğalanmaların da qarşısını alır. İşlər çətinləşdikdə, bir-birlərini günahlandırmaqdansa, birlikdə həll yolları tapmağa diqqət yetirirlər. Hər iki bürc dürüstlükləri ilə tanınır, bu da onların uzunmüddətli əlaqələr potensialını artırır. Bu cütlüyün həyatla bağlı dəyərləri də oxşardır.

 

Tərəzi və Əkizlər

 

Tərəzi ilə Əkizlər arasında münasibətlərdə çox ciddi bir intellektual bağ var. Bu ikisi, hər ikisi hava işarəsi, bir-birini zehni olaraq necə qidalandırmağı çox yaxşı bilir. Gecəyə qədər film haqqında danışa və ya oxuduqları son kitabı müzakirə edə bilərlər. Bir-birlərinə qarşı çox anlayışlıdırlar.

 

Əqrəb və Xərçəng

 

Münasibətlərdə iki güclü bürcün birlikdə olması bəzən çətin ola bilər, lakin Əqrəb və Xərçəng üçün belə deyilİki güclü əlamət bir yerdə olduqda, çox sıx emosiyalar yaşayır və bu intensivlik onları birləşdirir. Qarşılıqlı ehtiraslarını bəsləməyi bilən bu cütlük bir-birini tarazlaşdırmaqda və tək səs olmaqda yaxşıdı. Bu iki bürc digər güclü bürclərin birlikdə edə bilmədiyi çox şeyi edə bilər. Bir-birinə çox sadiq olan bu cütlük qarşılıqlı mənəviyyatda da ustadır. 

 

Oxatan və Qoç

 

Atəş və barıt kimi olan bu cütlük münasibətlərinə verəcək böyük enerji potensialına malikdir. Münasibətləri irəlilədikcə enerjisi də artan bu cütlüyün sevgisində yorğunluğa yer yoxdur. Birlikdə yeni idmanı sınamaqdan və ya səhər tezdən oyanıb hamı yatarkən yola çıxmaqdan heç vaxt darıxmayan bu ikisi həyat boyu bir-birinin həyəcanını daima dəstəkləyir.

 

Oğlaq və Buğa

 

Oğlaq və buğanın sevgisi demək olar ki, əbədi sevgini təmsil edir. Sonsuza qədər birlikdə olmaq potensialı olan bu cütlük bir-birindən heç vaxt darıxmaq bilmir. Dostları bir-bir boşansalar belə, bu cütlüyün evliliyi həmişə möhkəm dayanır. Oğlaq və Buğa münasibətləri zamanı heç vaxt bir-birlərinə hörmətsizlik etməzlər və həmişə bir-birlərinə heyran olmağı bacarırlar.

BAKU.WS


OXŞAR XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...

Deputat: "Səfərovların ölümü ardıcıl təzyiqlərin davamıdır"

Son günlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələr ölkəmizdə ciddi narahatlıqla qarşılanır.   Xatırladaq ki, Feder...

Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib -FOTOLAR

Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.   Sfera.az xəbər verir ki, APA-nın Rusiya bürosu...

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan R...