Ekoloji təhlükəsizliklə bağlı 3 vəzifəli şəxs cərimə edildi

Ekoloji təhlükəsizliklə bağlı 3 vəzifəli şəxs cərimə edildi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, cari ilin mart ayı ərzində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Saatlı rayonları ərazisində bu istiqamətdə keçirilən birgə tədbirlər nəticəsində tullantı emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması, çirkab suların axıdılması, tibbi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, ağacların zədələnməsi və ağaclarla bağlı mühafizə tədbirlərinin görülməməsi, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi faktları aşkar olunub.

 

İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinin tələblərini pozan 12 fiziki, 3 vəzifəli və 1 hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...