Ombudsmandan Ağdamda tapılan məzarlıqla bağlı müraciət

Ombudsmandan Ağdamda tapılan məzarlıqla bağlı müraciət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdam rayonunun Ergi düzü adlanan ərazisində tapılan məzarlıqla bağlı beynəlxalq ictmaiyyətə müraciət edib.

 

Sfera.az xəbər verir ki, sənəddə qeyd olunub:

 

“Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən geniş bərpa və quruculuq işləri əsasında aparılan qazıntı və tikinti işləri zamanı təəssüflə qeyd etmək istərdik ki, erməni vandalizminin qurbanı olmuş insanların qətlə yetirilərək basdırıldığı kütləvi məzarlıqlar aşkar edilməkdədir. Ağdam rayonunun Ergi düzü adlanan ərazidə aparılan qazıntı işləri zaman insan skeletinə bənzər sümüklərin tapılması işğal müddətində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin növbəti izlərini aşkara çıxarır. Belə ki, bundan öncə də işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarda aparılan araşdırmalar nəticəsində həmin qalıqların Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək müxtəlif işgəncələrə məruz qaldıqdan sonra amansızcasına qətlə yetirilən azərbaycanlılara aid olduğuna dair çoxsaylı faktlar əldə edilib".

 

Müraciətdə vurğulanır ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirmir, işarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə təqdim etmir və bununla da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozur: “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan tərəfindən itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirilməsi, işarələnməmiş minaların və kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram”.


OXŞAR XƏBƏRLƏR

Rəhman Rəhmanovun şikayətinə- TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...