3 saylı Uşaq Evi hansı quruma tabedir? - Direktoru vəzifəsindən kim azad etməlidir?

3 saylı Uşaq Evi hansı quruma tabedir? - Direktoru vəzifəsindən kim azad etməlidir?

Son günlər Xətai rayonunda yerləşən 3 saylı uşaq evi ilə bağlı yayılan məlumatlar müzakirə obyekti olub. 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlunun uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək ictimailəşdirməsi cəmiyyətdə səs-küy yaradıb.

 

Bu hadisə isə 3 saylı Uşaq Evi ilə bağlı birinci qalmaqal deyil. Ötən il mediada sözügedən müəssisə və onun direktoru Məhbubə Hüseynova barəsində müxtəlif faktlar tirajlanıb. Sosial mediada isə əksəriyyət uşaq evində yenidən yoxlama aparılmasının, rəhbərliyin vəzifədən uzaqlaşdırılmasının tərəfdarı olduğunu qeyd edir.

 

Bəs  uşaq evlərində baş verənlərə hansı qurumlar cavabdehdir? Rəhbər şəxs hansı hallarda işindən uzaqlaşdırıla bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki,  ümumtəhsil internat məktəbləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, regional təhsil idarələrinin, habelə Təhsil Nazirliyinin tabeliyində olur:

 

“Xüsusi ümumtəhsil internat məktəbləri bilavasitə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bundan başqa, 26.04.2021-ci ildə “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar” təsdiq edilib. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən uşaqların müəssisələrə qəbul edilməsi üçün onların valideynlərindən biri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər uşağın yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət edirlər.

 

Deməli belə müəyyən olunur ki, internat məktəblərinə və uşaq evlərinə nəzarəti müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirir”.

 

Müsahibimiz qeyd edib ki, sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulub:

 

“Məsələn, sosial xidmətin göstərilməsinin keyfiyyətini, həcmini və şərtlərini müəyyən edən tələbləri pozan şəxslər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmətin bu Qanunla müəyyən edilmiş forma və növləri üzrə sosial xidmət göstərilməsinin təmin edilməsi dövlət orqanlarının sosial xidmət sahəsində əsas vəzifəsidir. Ümumtəhsil internat məktəblərində və uşaq evlərində uşaqların sağlamlığının mühafizəsi, sanitar-gigiyena tələblərinin gözlənməsi vacib şərtlərdən sayılır və internat məktəbinin rəhbərliyi həmin məsələlərin lazımi qaydada həyata keçirilməsi ilə əlaqədar ardıcıl və təsirli tədbirlər görməlidir.  Digər rəhbər vəzifələri icra edən subyektlər kimi internat və uşaq evlərinin rəhbərləri də hüquqa zidd, qanunsuz əməllər törətdikdə, bağışlanılmaz səhvlərə yol verdikdə, əmək və icra intizamını kobud şəkildə pozduqda vəzifəsindən kənarlaşdırıla bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...