Logo

Azərbaycanda DƏHŞƏT: Özəl klinikada 3 aylıq körpə öldü

Azərbaycanda DƏHŞƏT: Özəl klinikada 3 aylıq körpə öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıtda xəstəxanada vəfat edən 3 aylıq körpənin atası hüquq-mühafizə orqanlarına müraciət edib.

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü R.Mirzəyev aprelin 4-də etdiyi müraciətdə 3 aylıq övladının Sumqayıtdakı “Nesta Med” klinikasının həkiminin səhvi ucbatından öldüyünü iddia edib.

O, bildirib ki, martın 31-də övladını klinikaya aparıb və Bəxtiyar adlı həkim körpəni müalicə edib. Lakin az sonra uşaq dünyasını dəyişib.

R.Mirzəyevin müraciəti ilə bağlı araşdırmalara başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR