Azərbaycançılıq ideologiyası – Milli ideoloji xəttimizin uğuru

Azərbaycançılıq ideologiyası – Milli ideoloji xəttimizin uğuru

Hər bir dövlətin milli həmrəyliyinin təminatı üçün vahid, milli ideoloji xəttin mövcudluğu labüddür. Ölkəmizdə azərbaycançılıq ideologiyası milli həmrəyliyin əsas amilinə çevrilib və bu proses günü-gündən daha da sürətlənir, əhatə dairəsi genişlənir.

 

Azərbaycançılıq məfkurəsi əsasən ümummilli lider Heydər Əliyevin dövründən praktiki faydalılığını xüsusilə göstərməyə başlayıb. Bu ideologiyanın faydalılığını nümayiş etdirən ən bariz nümunə isə 44 günlük Vətən müharibəsində büsbütün azərbaycançılıq ideologiyasına bürünən gənclər oldu.

 

Azərbaycançılıq ideologiyası bizim üçün ən mühüm ideologiyadır

 

Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin birliyinə, xalqın vahid ideya ətrafında toplaşmasına nail olunmasında Prezident İlham Əliyevin xüsusi xidmətləri var. Məhz İlham Əliyevin siyasəti sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil edib. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər, öz milli mentallığını qoruyub saxlamaqdadır.

 

Tarix elə şərtlər yaradıb ki, dünya azərbaycanlılarının yalnız təqribən beşdə biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Xeyli sayda soydaşımız hazırda dünyanın müxtəlif ölkələrində cəmləşib. Buna rəğmən, qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün maneə yaratmamaqdadır. Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycançılıq ideologiyasından güc alaraq, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməlidir. Bunu biz 44 günlük savaş dönəmində gördük, Xocalı, 20 Yanvar faciəsinin ildönümlərində həqiqətin səsini duyurmaq üçün birlik olan soydaşlarımızın timsalında görə bilirik.

 

Azərbaycançılıq ideologiyası heç bir başqa millətə, xalqa qarşı yönəlməyib”

Eyni zamanda, azərbaycançılığın əsas istiqamətlərindən olan gənclərin milli ruhda tərbiyəsi xaricdəki soydaşlarımızın da daim diqqət mərkəzində olmalıdır. Xüsusilə də Azərbaycandan kənarda, ayrı-ayrı xarici ölkələrdə dünyaya gələn azərbaycanlı gənclərin öz ana dilində yazıb-oxuya bilməsi istiqamətində fəaliyyətə diqqət yetirmək lazımdır. Bunun üçün dövlətimiz tərəfindən də davamlı islahatlar aparılmaqdadır. Azərbaycançılıq ideologiyasının dünyada təbliğ edilməsində həm də diaspora təşkilatları tərəfindən sistemli iş aparılır. Azərbaycanda oturuşmuş multikultural dəyərlər, konfessiyalar arası dini dözümlülük beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Bu, hətta bir çox ölkələrə nümunə olaraq da göstərilir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı, azərbaycançılıq ideologiyasının təbliğatçısına çevrilməli, onun mahiyyətini izah etməyi bacarmalıdır.

 

Azərbaycançılıq ideologiyasının təbliği bu gün ölkəni ayaqda saxlayan və eyni zamanda dövlətlə vətəndaş arasında körpü yaradan əsas təməl sütunlardan biridir.

 

İnci

 

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Azərbaycançılıq ideyasının təbliği

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı müğənni özünə 160 000 AZN-lik maşın sifariş edib - VİDEO

Müğənni Şəbnəm Qəhrəmanova özünə 160 000 AZN-lik maşın sifariş edib.   O bu barədə "Rəngarəng" verilişinə qonaq olarkən bildirib.  ...

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür- VİDEO

Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aydır ki, gömrük rəsmiləşməsindən keçirilmir, mallar maşınlardan boşaldılmır.   Sfera.az &...

Bu gün 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq kü...

Səyahət zamanı tualetə getməkdə niyə çətinlik çəkirik?

İstirahət gözəldir, başqa yerdə oyanmaq həyəcanlıdır, amma bəzən bu həyəcan mədəmizə deyil, bağırsaqlarımıza təsir edir. Səyahət etdiyiniz zaman tualetlə münasi...

Daun sindromlu insanlar niyə bir-birinə bənzəyir?

Bəzi pozğunluqlar kənardan nəzərə çarpmır, lakin Daun sindromu adətən ilk baxışdan tanınır. Çünki bu sindromlu şəxslər tez-tez təkrarlanan fərqli üz xüsusiyyətl...

Həyəcanlanarkən və ya qorxduğumuz zaman niyə qeyri-ixtiyari titrəyirik?

Qorxduğumuz və ya stress keçirdiyimiz vaxtlarda hamımız nəzarətsiz şəkildə titrəyirik. Bədənimiz sanki bir şey etməyə hazırlaşır, lakin hərəkətə keçə bilmir. Bu...