Bakının bu ərazisində söküntü olacaq - Kompensasiya, kirayə pulu, yeni mənzil... + VİDEO

Bakının bu ərazisində söküntü olacaq - Kompensasiya, kirayə pulu, yeni mənzil... + VİDEO

Xatirələrdə nə qədər gözəl qalsa da, zamanın tələbi ilə uzlaşmayan "Kubinka" yeni, müasir görkəminə qovuşacaq.

 

Sfera.az xəbər verir ki, keçmiş filmlərdə gördüyümüz bazarlar, məhəllələr yaxın gələcəkdə yeni siması ilə hər kəsi təəccübləndirəcək. Ötən əsrin ortalarında inşa olunan, bir-birinə bitişik kiçik, darısqal evlər yeni tikililərlə əvəz olunacaq.

 

Nazirlər Kabinetinin qərarına əsasən, hazırda "Kubinka"da pilot layihə çərçivəsində hissə-hissə söküntü işləri aparılır, artıq 4 iri layihə icra olunaraq yekunlaşmaq üzrədir. Sökülən evlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır.

 

Nəsimi rayon İcra Hakimiyyətinin rəsmisi Ələsgər Rüstəmov İTV-yə bildirib ki, kompensasiya istəyən şəxslərə yerində ödəniş edilir, mənzil istəyən sakinlərə isə 20 kvadrat metr əlavə sahəsi olan mənzil təklif olunur: "Kubinka"nın digər hissələri ilə bağlı iki şirkət tərəfindən müraciət olunub. Hazırda həmin şirkətlərlə adiyyəti qurumlar arasında layihələndirmə işləri aparılır.

 

Kimlərin ki, evlərinin sahəsi 20 kvadrata yaxındır, onlara da güzəşt edilir. Yeni binalarda 20-25 kvadrat metr evlər olmadığı üçün həmin şəxslərə müəyyən güzəştlər təklif olunur. Bundan əlavə tikinti başa çatana qədər kirayə pulu da verilir".

 

Milli.Az


OXŞAR XƏBƏRLƏR

Yevlaxda ağır qəza: 66 yaşlı qadın həlak oldu

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1951-ci il təvəllüd...

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...