Logo

ŞOK cinayət! 15 yaşlı hamilə qadının qarnını deşdi, ölü dölü əl-üz yuyana atdı

ŞOK cinayət! 15 yaşlı hamilə qadının qarnını deşdi, ölü dölü əl-üz yuyana atdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Braziliyanın Sao Paulo əyalətində Mirian Siqueria adlı sonsuz qadının əməli eşidənləri şoka salıb.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, Mirian 8 aylıq hamilə olan 15 yaşlı Valissianın qarnını deşərək onun körpəsini oğurlamağa cəhd edib.

Polisin verdiyi açıqlamada bildirilir ki, 15 yaşlı hamilə qadın və körpəsini öldürən Mirian cinayəti etiraf edib. O, 15 yaşlı qadını öldürdükdən sonra, qarnından uşağı çıxarıb, ölü dölü əl-üz yuyana ataraq hadisə yerini tərk edib. 

Valissianın həyat yoldaşı isə onun cəsədini evin həyətində zibil qutusunun içərisində tapıb. 

Hamilə bir qadını və onun doğulmamış körpəsini faciəvi şəkildə öldürən qadın körpə geyimlərinin satışı ilə məşğul olan mağazada satıcı işləyirmiş. O, 15 yaşlı hamilə qadını da bu yolla tanıyıb. O, körpə ayaqqabısı almaq üçün onu evinə çağırıb və cinayəti törədib. 

Bacısı bildirib ki, Mirian övlad sahibi ola bilməsə də, onda hamiləlik əlamətləri olub. Övlad sahibi olmadığı üçün psixologiyası pozulub və belə bir qətli planlaşdırıb.
ŞOK cinayət! 15 yaşlı hamilə qadının qarnını deşdi, ölü dölü əl-üz yuyana atdı ŞOK cinayət! 15 yaşlı hamilə qadının qarnını deşdi, ölü dölü əl-üz yuyana atdı
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR