"Manatın üzərində Heydər Əliyevin şəkli olmalıdır"
Kateqoriya məlum deyil
Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdır.
Sfera.az APA-a istinadən xəbər verir ki, bu təklifi millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında səsləndirib.
O qeyd edib ki, Türkiyədə də milli valyutanın üzərində Atatürkün şəkli var: "ABŞ-ın milli valyutasında da var. Rusiyada bütün çarların adına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma milli valyutamızın üzərində olmalıdır”.






