“İçki olan məclislərdə iştirak etmək haram deyil” - Elşad Miri

“İçki olan məclislərdə iştirak etmək haram deyil” - Elşad Miri

İslam dinində alkoqol haram sayılsa da, içki içən müsəlman az deyil. Ramazanda çox müsəlmanlar içkidən imtina edir, haramdan uzaq durur.

 

Lakin son dövrlər bəzi restoranlarda iftar vaxtı həm içki, həm də iftar menyusu verildiyinin şahidi oluruq. Bu, təbii olaraq oruclu insanlarda qıcıq yaradır. Əhali bilmir hansı restorana getsin ki, tutduğu oruc batil olmasın… Bəs içkili məkanda iftar açmaq orucu pozur?

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri orucun hansı hallarda pozulması məsələsinə toxunub:

 

“Orucu pozan 3 amil var: yemək, içmək və ər-arvad münasibətləri. Bunlardan başqa içkili, musiqili məkanda olmaq, orada iftar açmaq orucu batil etməz. Dinimizdə belə bir qadağa və ya o cür haram yoxdur.

 

Elə restoranlar var ki, sahibi özünü dindar göstərmək üçün Ramazanda yalnız iftar vaxtı fəaliyyət göstərir. Bu, doğru deyil”.

 

E.Miri qeyd edib ki, səfərdə olanları, turistləri, xəstəliyindən dolayı oruc tuta bilməyən insanları nəzərə almaq lazımdır:

 

“Niyə öz əqidəni və ya dünyagörüşünü məcburi şəkildə başqalarına qəbul etdirəsən ki? Bu Allahla sənin aranda olan bir məsələdir”.


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....