Logo

"Elə adamlar var yalandan veteran vəsiqəsi alıblar"

"Elə adamlar var yalandan veteran vəsiqəsi alıblar"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanda hərc-mərclik dövründə xeyli adama veteran vəsiqəsi verilib. Amma haqqı olanlar bu vəsiqəni ala bilməyib”.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Dini qurumlar və İctimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, onlara bununla bağlı xeyli müraciət daxil olub: "Elə şəxslər var ki, qəhrəmancasına döyüşüb, amma bu gün də veteran vəsiqəsi ala bilməyib. Müharibədə heç bir rolu olmayanlar isə veteran vəsiqəsi alıb. Yəni, veteran vəsiqəsi paylanılıb. Onların sayı çoxdur. Hesab edirəm ki, bu məsələ müzakirə olunmalı, tədbir görülməlidir. Hər kəs haqqını almalıdır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR