Cahangir Hacıyevə ağır cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Sfera.az-ın xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. C. Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa Bakı Fındıq Zavodunun direktoru olmuş Azad Cavadovun 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Cavadov məhkəmə zalında həbs edilib.
Anar Sultanov, Kənan Orucov, Məmməd Cahangirov hər biri 3 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.
Həbsdə olan İlqar Abdullayev də 3 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb və məhkəmə zalında azadlığa buraxılıb.
Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında C.Hacıyevin 17 il, A.Sultanov, İ.Abdullayev, M.Cahangirov, K.Orucovun hər birinin 8 il, İ.Hüseynovla Y.Ələkbərova 11 il və A.Cavadova isə 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, dövlət ittihamçısı təqsirləndirilən şəxslərinin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini tələb edib. Beynəlxalq Bankın nümayəndəsi çıxışında banka dəyən ziyanın tam ödənilməsini istəyib.






