Logo

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitəsinin təsiri altında avtomobil idarə edərək qəza törədən şəxs həbs olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, rayon sakini Nurlan Qurbanov sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2107” markalı avtomobillə şəhər ərazisində qəza törədərək hadisə yerindən yayınıb. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə isə ziyan dəyib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə N.Qurbanovun olduğu yer müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun narkotik vasitə qəbul etdiyi məlum olub.

N.Qurbanov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və qərara əsasən 30 gün müddətinə inzibati qaydada həbs edilib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR