Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində anım mərasimi keçirildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində anım mərasimi keçirildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbiri keçirildi.

 

Tədbirin açılış hissəsi soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

 

Tədbirdə çıxış edənlər Erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirdiyindən,  105 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardan bəhs etdilər.

 

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmasından, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü”  kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verildi.

 

Tədbirdə çıxış edənlər sonda düşmənin əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırım siyasətinin cavabsız qalmadığından, tarixdən ibrət götürən Azərbaycan xalqının heç bir zaman öz əzəli torpaqlarının düşmənin əsarətində qalması faktı ilə barışmadığından, 2020-ci ilin sentyabrın sonlarında Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qarabağı düşmən işğalından azad etməsindən və tarixə 44 günlük Vətən Müharibəsi kimi daxil olan bu zəfərin düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və şəhidlərimizin intiqamının alınması ilə nəticələndiyini vurğuladılar.

 

Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirildi.


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...