Cavanşir Məmmədovun eks-kürəkəninə hökm oxundu

Cavanşir Məmmədovun eks-kürəkəninə hökm oxundu

Binəqədi Rayon Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikah münasibətində olduğu keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Mustafa İbili barəsindəki xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, X.Məmmədova keçmiş həyat yoldaşının Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib.

 

X.Məmmədova bildirib ki, M.İbili dələduzluq edərək atası Cavanşir Məmmədova 170 000 manat, anası Rəfiqə Qafarovaya 59 000 manat və Rüfət Əhmədova 10 000 manat ziyan vurmaqla təkrar dələduzluq edib. Bakı Şəhər Baş Polis İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hazırda məhkəmə istintaqı davam edir. Həmin iş üzrə X.Məmmədova şahid qismində ifadə verdiyi gün M.İbili jurnalistlərə müsahibə verərək keçmiş arvadının dələduzluq etdiyini iddia edib: “İbili yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları kütləvi informasiya vasitələrində yayıb”.

 

Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.

 

Qeyd edək ki, Mustafa İbili eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. Lakin o, özünü təqsirli bilmir. Əksinə, özünü zərərçəkmiş hesab edir.


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...