Logo

Rəşad Dağlının cinayət işi üzrə istintaqı BAŞA ÇATDI

Rəşad Dağlının cinayət işi üzrə istintaqı BAŞA ÇATDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Meyxanaçı bu maddə ilə təqsirli bilinərsə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR