Qüdrət Həsənquliyev: "Millət vəkilinə atəş açılması ağır hadisədir"
Kateqoriya məlum deyil
"Millət vəkilinə atəş açılması ağır hadisədir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
"Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasın alacaq. Görünür, Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu yolla nə bir millət vəkilini, nə dövlət adamını, nə də jurnalisti qorxutmaq olmaz. Bu, iyrənc bir terror aktıdır", - millət vəkili qeyd edib.






