Logo

"Qalatasaray"ın prezidenti Azərbaycana təşəkkür etdi

"Qalatasaray"ın prezidenti Azərbaycana təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə "Qalatasaray"ının prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkür edib.

Sfera.az-ın məlumatına görə, bununla bağlı funksionerin adından klubun rəsmi tviter hesabında təşəkkür məktubu paylaşılıb.

"Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz ve əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu ve icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ve xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ ve İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram", - məktubda qeyd olunub.

Xatırladaq ki. qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR