Məleykə Abbaszadə, Yavər Camalov, Arif Quliyev, Fazil Mustafa və... - Övladını itirmiş məşhurlar  

Məleykə Abbaszadə, Yavər Camalov, Arif Quliyev, Fazil Mustafa və... - Övladını itirmiş məşhurlar  

Xəbər verdiyimiz kimi, baş nazirin sabiq müavini Abid Şərifovun yeganə oğlu Elçin Şərifov ötən gecə vəfat edib. O,  həm də keçmiş OMON komandiri Rövşən Cavadovun kürəkəni idi. Təəssüf ki, ölkəmizdə Abid Şərifovla eyni aqibəti paylaşan, övlad itkisi yaşayan bir sıra məmurlar da olub.

 

Sfera.az bu dəfə övladını torpağa tapşıran tanınmış məmurlarla bağlı məlumatı təqdim edir.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə - Bir neçə il bundan öncə onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib. DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib.  N. Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyirdi.

 

Azərbaycanın keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalov da övladını itirənlər sırasında yer alır. Onun 44 yaşlı oğlu Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.

 

Eks-prezident Ayaz Mütəllibov da övladını vaxtsız itirmişdi. Onun oğlu uzun sürən xərçəng xəstəliyindən qurtula bilməyib.  Belə ki, Azad Mütəllibov  49 yaşında vəfat edib.

 

Müsavat Partiyasının tanınmış simalarından olan Tofiq Yaqbulu həbsdə olarkən övlad itkisi yaşayıb. Yaqublu 2015-ci ilin yazında qızı Nərgiz Yaqublunu səhhətində yaranan qəfil xəstəlik səbəbindən itirib.

 

Millət vəkili Fazil Mustafa isə dəm qazından iki yaxınını – Elçibəy adlı oğlunu və qaynını itirib.

 

Övladını vaxtsız itirən siyasətçilərdən biri də sabiq deputat Araz Əlizadə olub. Onun oğlu Fuad Əlizadə qəflətən urəkçatışmazlığından dünyasını dəyişib.

 

Milli Məclisin deputatı Eldar İbrahimovun böyük oğlu Rza İbrahimov 2001-ci ildə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində diplomatik xidməti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə 29 yaşında avtoqəzada həyatını itirib.

 

Övlad acısı yaşayan tanınmışlar arasında sənət adamları da olub. Məsələn, əməkdar artist Zöhrə Abdullayevanın gömrük orqanlarında çalışan 46 yaşlı övladı beyin xərçəngindən, Xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev  şəxsi avtomobilində baş verən yanğından, televiziya aparıcısı Afaq Gəncəlinin oğlu Qədirxan qan xərçəngindən, məşhur diktor Şərqiyyə Hüseynovanın qızı Mehriban Əhmədova beyinə qan sızmasından, Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev vərəm xəstəliyindən dünyasını dəyişmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...