Dövlətin güvənc yeri - Bu gün təhlükəsizlik orqanları işçilərinin peşə bayramıdır

Dövlətin güvənc yeri - Bu gün təhlükəsizlik orqanları işçilərinin peşə bayramıdır

Dövlət anlayışı yaranadan bu yana dövlətin təhlükəsizliyinin qorunması ən mühüm vəzifələrdən biridir. Bu mənada hazırkı dövrdə təhlükəsizlik xidməti orqanlarının əməkdaşlarının üzərinə böyük yük düşür. Bu gün məhz həmin məsuliyyəti layiqincə dərk edən və üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirən Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarının yaranmasının 104-cü ildönümü və 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramıdır.

 

Milli Təhlükəsizlik orqanlarının yaranmasının qısa tarixi

 

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

 

Məlumat üçün bildirək ki, Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, daha sonra isə onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.


İdarəetmədə milli ruh…

 

Sovet dövründə sözügedən qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Onu da qeyd edək ki, 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına azərbaycanlılar rəhbərlik etməyiblər. Lakin 1967-ci il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub.

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Beləliklə, Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart - Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

 

1967-ci ildən etibarən bu sahədə milli kadrın rəhbər olması ilə daha böyük nailiyyətlərin əldə edildiyinə şahidlik etdik. Ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmət etmiş Heydər Əliyev  o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratmış, milliləşdirmə siyasətinin əsasını qoymuşdur. Ulu Öndərin təməlini qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.

 

 

Qanunlara söykənən xidmət sahəsi…

 

Bildirək ki, Dövlət Təhlükəsizliyi orqanlarının fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir.

 

Antimilli qüvvələrin “qorxulu yuxusu" - DTX

 

Müstəqil dövlətimizin əsas təhlükəsizlik barelyeflərindən olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti istər daxildə, istərsə də xaricdə anti-milli qüvvələrin dövlət təhlükəsizliyinə zərər vura biləcək istənilən təxribatının qarşısının alınması istiqamətində mühüm işlər görür. Bu mənada xüsusilə son vaxtlar Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən İran casus şəbəkəsinin qurum tərəfindən deşifrə edilməsini xüsusilə vurğulamaq lazımdır. Sözügedən xidmət orqanının Azərbaycana yönəlik terrorçu fəaliyyətin və digər pozuculuq əməllərinin aşkarlanması üçün bu cür kompleks araşdırma tədbirləri aparması dövlətimizin təhlükəsizlik xəttini yarmaq istəyində olan bütün siyasi fiqurlara sözün əsl mənasında göz dağıdır.

 

Bundan əlavə, son illər terrorçuluq fəaliyyəti ilə məşğul olmuş silahlı dəstələr zərərsizləşdirilib, həmin dəstələrin tərkibində xidmət edənlər cinayət məsuliyyətinə cəlb edilib. Son zamanlar ölkə ərazisindən tranzit daşınması məqsədilə istifadə etməyə cəhd edənlərdən tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində mühüm əməliyyatlar həyata keçirilib.

 

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının çoxşaxəli, uğurlu və dövlətin təhlükəsizliyini hədəf alan fəaliyyətindən geniş bəhs etmək olar. Lakin fəaliyyəti bütöv bir xalqın, dövlətin təməl uğuru olan qurumun xidmətlərini saymaq, dəyərləndirmək də asan məsələ deyil.

 

Son olaraq, ömrünü təhlükəsizlik xidməti orqanlarında keçirmiş və hazırda da bu müqəddəs vəzifəni layiqincə yerinə yetirən təhlükəsizlik keşikçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

 

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...