Bələdiyyələr gəlirini artırıb – Daha çox bu sahələrdən pul qazanılıb

Bələdiyyələr gəlirini artırıb – Daha çox bu sahələrdən pul qazanılıb

Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin gəliri 2022-ci ildə 13,7 faiz artaraq 47,366 milyon manata çatıb.


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bələdiyyələrin gəlirində daha çox artım vergi olmayan gəlirlər üzrə baş verib. Bu növ gəlirlər 23,3 faiz artaraq 26,875 milyon manat təşkil edib. 


Vergi olmayan gəlirlər üzrə ən çox vəsait bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən (9,13 milyon manat), icarədən (7,517 milyon manat), Azərbaycanın dövlət büdcəsindən verilən dotasiya və subvensiyalardan (6,526 milyon manat) daxil olub.


Bunlardan başqa turizm fəaliyyətindən daxilolma 1,512 milyon manat, maliyyə yardımlarından 312 min manat qeyri-vergi gəlirləri əldə edilib. 


Vergilərdən gəlirlər isə 20,49 milyon manat olmaqla 8 faiz artıb. Bu növ gəlirlərin 13,2 milyon manatı fiziki şəxslərdən əmlak vergisi, 7,277 milyon manatı fiziki şəxslərdən torpaq vergisi üzrə olub. 


Ümumilikdə, ötən il bələdiyyələrin əldə etdikləri gəlirin 56,7 faizi vergi olmayan daxilolmalar, 43,3 faizi vergilrədən daxilolmalar təşkil edib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...