Bu vitamin demansın qarşısını almaqda effektivdir - ARAŞDIRMA

Bu vitamin demansın qarşısını almaqda effektivdir - ARAŞDIRMA

D vitamini əlavəsi demansın qarşısını almaqda faydalı ola bilər.

 

Sfera.az xəbər verir ki, “Alzheimer's & Dementia: Diagnosis, Assessment & Disease Monitoring” jurnalında dərc edilən elmi araşdırmaya görə, D vitamini əlavəsi ilə demans arasındakı əlaqəni araşdırmaq üçün 12 min iştirakçı ilə təcrübə aparılıb.

 

Kanada və İngiltərədən olan alimlər müəyyən ediblər ki, D vitamini əlavələri qəbul edən 4637 iştirakçıdan ibarət qrup əlavə qəbul etməyən qrupdan 40 faiz az demensiyaya malikdir.

 


İştirakçılardan 2696-nın 10 il ərzində demans inkişaf etdirdiyi, bu qrupdakı 2177 nəfərin demans diaqnozu qoyulana qədər heç bir D vitamini əlavəsi almadığı, 679 nəfərin isə çox az əlavə qəbul etdiyi müəyyən olub.

 

Kanadanın Kalqari (Calgary) Universitetinin Hotçkiss (Hotchkiss) Beyin İnstitutu və İngiltərənin Ekseter (Exeter) Universitetinin tədqiqatçıları qeyd ediblər ki, iştirakçıların orta yaş həddi 71 olub və onlar tədqiqata daxil olanda heç bir demans diaqnozu qoyulmayıb.

 

Tədqiqatçılardan biri olan Zahinur İsmayıl koqnitiv tənəzzül başlamazdan əvvəl erkən D vitamini əlavələrinin qəbulunun faydalı ola biləcəyinə dair sübutlar tapdıqlarını söyləyib.

 

Ekseter Universitetindən Bayron Kris (Byron Creese) "Bu tədqiqat nəticəsi bizə D vitamini əlavəsinin demansın qarşısını almaqda və ya gecikdirməkdə faydalı ola biləcəyini göstərir, lakin indi bunu təsdiqləmək üçün yenə klinik sınaqlara ehtiyacımız var" deyib.


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...