Bu şəxslər 3 gün ərzində çölə çıxmasın - XƏBƏRDARLIQ (VİDEO)

Bu şəxslər 3 gün ərzində çölə çıxmasın - XƏBƏRDARLIQ (VİDEO)

Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir. Qasırğanın 3 gün davam edəcəyi proqnozlaşdırılır.

 

Sfera.az xəbər verir ki, Coğrafiya İnstitunun şöbə müdiri Ənvər Əliyev "Xəzə Xəbər"ə deyib ki, son günlər Günəşin daxilindəki aktivlik geomaqnit qasırğası ilə nəticələnib:

 

"Günəşdə bu proses hər 11 ildən bir təkrarlanır. Günəş səthinin maqnit ləkələri ilə örtülü olan hissəsində partlayış nəticəsində əmələ gələn qızmar buludlar yer kürəsinə yayılır. Bu proses həm kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, eləcə də insanların sağlamlığına təsir edir".

 

Həkim-terapevt Sübhan Hacıyev isə geomaqnit qasırğası ilə bağlı meteohəssas insanlara xəbərdarlıq edib. O deyib ki, qasırğa baş verən zaman xüsusilə xroniki ürək damar xəstələyi olan və arterial təzyiqdən əziyyət çəkən insanlar diqqətli olmalıdırlar. Geomaqnit qasırğası hətta ölümə də səbəb ola bilər.

 

Həkim bildirib ki, son günlər geomaqnit qasırğasının törətdiyi fəsadlarla bağlı xəstəxanaya müraciət edənlərin sayı çoxalıb.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...