Əhalinin NƏZƏRİNƏ: Ehtiyatlı olun!

Əhalinin NƏZƏRİNƏ: Ehtiyatlı olun!

“Yer kürəsində güclü maqnit qasırğası üçüncü gündür, davam edir, onun təhlükə səviyyəsi son sutka ərzində azalmayıb”.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın akademik Y.K.Fedorov adına Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.

 

Kosmik havanın monitorinqi məlumatlarına əsasən, Yerin maqnit sahəsinin pozulma dərəcəsi G3 səviyyəsində (beş indikator miqyasında güclü: G5 - çox güclü, G-1 - zəif) qalmaqda davam edir.

 

G3 səviyyəsində - Yer kürəsində rabitəylə bağlı problemlərlə yanaşı, enerji sistemlərinin təhlükəsizlik sistemlərində yanlış həyəcan siqnalları qeydə alına bilər, yağ transformatorları “qaynaya bilər”.

 

Həmçinin G3 səviyyəsində isə orta enliklərdə qütb parıltıları müşahidə edilə bilər.

 

Qeyd edək ki, maqnit qasırğaları meteohəssas insanların səhhətinə mənfi təsir göstərir. Bunun təsirini yaşlılar, hamilə qadınlar, eləcə də xroniki xəstəliyi olanlar daha çox hiss edirlər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Elgiz ailə həyatından danışdı: "Çox peşmanam"

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.   Sfera.az xəbər verir ki, bu haqda proqramında bəhs edən aparıcı yaşadığı peşmançılıqdan söz açıb:...

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...