Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - İş yerləri - 1500 AZN maaş

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - İş yerləri - 1500 AZN maaş

İşğaldan azad edilən ərazilər üzrə müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

 

Sfera.az xəbər verir ki, hazırda Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində "Qarabağ" adlı platformada vətəndaşlar onlara uyğun vakansiyalarla tanış ola və müraciət edə bilərlər.

 

Vakansiyalar işğaldan azad edilən əksər rayonları əhatə edir və əmək haqları vakansiyalara görə dəyişir.

 

Adı çəkilən saytda Cəbrayıl, Zəngilan, Ağdam, Laçın, Şuşa və Xocavənd rayonları üzrə vakansiyalar mövcuddur. Vakansiyalar zaman-zaman yenilənir və yeni iş yerləri vətəndaşlara təqdim olunur.

 

Qeyd edək ki, işəqəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir.

 

CV göndərərkən elektron poçtunuzda "mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

 

Vakansiyaya müraciət üçün CV-niz yoxdursa, www.cvyarat.az platforması vasitəsilə ödənişsiz CV hazırlaya bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...