Britaniyalı səfirdən MARAQLI PAYLAŞIM: “Novruz bayramını gözləyirdim”

Britaniyalı səfirdən MARAQLI PAYLAŞIM: “Novruz bayramını gözləyirdim”

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Novruz bayramı münasibəti ilə maraqlı paylaşım edib.

 

Sfera.az bildirir ki, səfir sosial media hesabında paylaşdığı video ilə Azərbaycan xalqını təbrik edib.

 

“Azərbaycana gələndə məhz bu bayramı səbrsizliklə gözləyirdim. İndi haqqında eşitdiyim bütün dadlı yeməklərin dadına baxa biləcəm”, - səfir qeyd edib.

 

Ardınca o, səməni halvası, qoğal, paxlava, şəkərbura, badambura kimi bayram təamlarından dadaraq ən sevdiyi şirniyyatın badambura olduğunu vurğulayıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR