Nənəsi vəfatından əvvəl Mahir Emrelini məhkəməyə veribmiş - SƏBƏB

Nənəsi vəfatından əvvəl Mahir Emrelini məhkəməyə veribmiş - SƏBƏB

Hazırda Türkiyənin "Konyaspor” klubunda çıxış edən Mahir Emreli və bacısı Ayişə Emreli məhkəməyə verilib. 

 

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı futbolçunun nənəsi Quliyeva Mahirə Həmid qızıdır. İşin mahiyyəti mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlıdır. 

 

Mahirə Quliyeva bu ilin fevral ayında vəfat edib. Məlumata görə, birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Bu səbəbdən də iş üzrə apellyasiya şikayəti verilib.

 

İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır. 

 

Mahirə Quliyeva 

 

İki il əvvəl isə Mahir Emrelinin anası Elnurə Emreli keçmiş həyat yoldaşı, tanınmış prodüsser Anar Mədətovu və onun anası Mahirə Quliyevanı məhkəməyə verib.  O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.

 

Həmin vaxt Anar Mədətov da məhkəməyə müraciət edərək, keçmiş arvadına qarşı iddia qaldırıb. Prodüsser də əmlakın bölüşdürülməsini istəyib. 

 

Nəsimi Rayon Məhkəməsi tərəflərin iddiasını qismən təmin etsə də, Anar Mədətov qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu çəkişmənin sonu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. 

 

Bəzi məlumatlara görə, Mahirə Quliyeva ilə nəvələri arasında olan məhkəmə çəkişməsi əvvəlki prosesin davamıdır. 

 

Mahir Emrelinin atası Anar Mədətov keçmiş xanımı Elnurə Emreli ilə boşanmadan başqa bir qadınla evləndiyinə görə ailədə narazılıq yaranıb. Futbolçu və bacısı bu olaydan sonra atasının soyadından imtina edib. 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...