5 rayonumuzla bağlı SENSASYON ŞAD XƏBƏR
Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarının 5 rayonundan çıxması məsələsi gündəmdədir - Çavuşoğlu
Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindən, ən azı beş rayondan çıxması məsələsi gündəmdədir."
SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının Strasburqda təşkil edilən payız iclasındakı çıxışından sonra parlamentarilərin suallarını cavablandırarkən bildirib.
"Rusiya bu fikirlərini bizimlə paylaşdı, biz də dəstəyimizi ifadə etdik. Azərbaycan tərəfi ilə görüşdük. Biz Azərbaycanın qəbul edəcəyi hər cür həll prosesini dəstəkləyirik.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səmimi şəkildə səy göstəririk. Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün də səmimi səylər göstərdik. İsveçrədə razılaşma imzalandı, lakin uğurla nəticələnmədi. Bu gün Minsk Qrupu və Rusiyanın bəzi konstruktiv təklifləri var. Xüsusilə Ermənistanın Azərbaycanın işğal edilmiş torpaqlarının ən azı beş rayonundan çəkilməsi gündəmdədir."






