Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz artaraq 1724,9 milyon manat olub.

 

Dövlət Statistika Komitəsindən Sfera.az-a verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1310,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76 faizini təşkil edib.

 

Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 170,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 30,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


OXŞAR XƏBƏRLƏR