Ölkəyə gətirilən hibrid avtomobillərin sayı azaldı - Qiyməti 2 dəfədən çox artdı

Ölkəyə gətirilən hibrid avtomobillərin sayı azaldı - Qiyməti 2 dəfədən çox artdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 13 min 939 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Ölkəyə gətirilən avtomobillərin ümumi gömrük dəyəri 199 milyon 318,6 min dollar olub.

 

Sfera.az xəbər verir ki, Yeniavaz.com-un Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 14 min 299 dollar (24 min 308 manat) olub.

 

Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövründə Azərbaycana xaricdən daha az – 11 min 145 avtomobil gətirilib və bir ədəd avtomobilin orta gömrük dəyəri builkindən daha aşağı - 11 min 255 dollar (19 min 133 manat) olub.

 

Onu da bildirək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 12 min 951 ədəd minik avtomobili, 29 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 871 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 88 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal olunub.

 

Bundan başqa xaricdən 1 815 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid), 222 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib.

 

Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 20 min 811 dollar (35 min 378 manat) olub.

 

Məlumat üçün bildirək ki, ötən ilin analoji dövründə idxal olunan hibrid avtomobillərin sayı 2 min 32, bir ədədinin orta gömrük dəyəri isə 8 min 104 dollar (13 min 776 manat) olub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...