Azərbaycandakı erməni məhkumlarla növbəti görüş...

Azərbaycandakı erməni məhkumlarla növbəti görüş...

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçirilib.

 

Bu barədə Sfera.az-a Ombudsman Aparatından məlumat verilib.

 

Bildirilib ki, MPQ-nın üzvləri tərəfindən həmin müəssisədə saxlanılan bir çox şəxslər, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində terror-diversiya qrupları şəklində cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşları da fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib. Həmin şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları da təqdim edilib.

 

MPQ-nın ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində onların saxlanma şəraiti – kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.

 

Müntəzəm keçirilən başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyinin tələblərinə riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu, asudə vaxtlarının səmərəli təşkil olunduğu müşahidə edilib.

 

Eyni zamanda qəbul edilmiş şəxslər saxlama şəraiti, rəftarla bağlı şikayətlərinin olmadığını, telefon əlaqələri, yazışmalar, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin çatımlı olduğunu bildirmişlər.

 

Saxlanılan şəxslərin istədikləri kitab və informasiya materiallarını (öz dillərində) əldə etmək imkanlarının olduğu, habelə həmin şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə də maneəsiz görüş imkanının yaradıldığı müşahidə olunub.


OXŞAR XƏBƏRLƏR

Sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq -FOTO

"Ötən bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Ağdərə r...

Keçmiş hakim Psixiatriya Xəstəxanasına YERLƏŞDİRİLDİ

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) Respublika Psixiatriya Xəstəx...

Fələstin PrezidentiNyu-Yorka GETDİ

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qarşıd...

Cənubi Karolinada 13 ildən sonra İLK EDAM GERÇƏKLƏŞDİ

ABŞ-nin Cənubi Karolina ştatında 13 ildən sonra ilk dəfə ölüm cəzası tətbiq edilib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Freddi Ouens öt...

Estoniya Ukraynaya 510 min avrodan çox vəsait AYIRDI

Estoniya Rusiyanın ölkənin enerji infrastrukturunun təxminən 80 faizini məhv etməsindən sonra Ukraynanın qışa hazırlaşması üçün 510 min avrodan çox vəsait ayırı...

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...