Sahibkarlar: “Korsikaya dair qərarları ada sakinləri özləri verməlidirlər”

Sahibkarlar: “Korsikaya dair qərarları ada sakinləri özləri verməlidirlər”

“Fransa hökuməti başa düşməlidir ki, dili sıxışdırıb qırağa qoymaq olmaz”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri “Report”a Korsikanın Mərkəzi bazarının kommersantı Somer Perp bildirib:

 

“23 ildir ki, Korsikanın cənub bölgəsində istehsal olunan yerli məhsulların satışı ilə məşğul oluram. Korsika dili uğrunda artıq neçə illərdir ki, mübarizə aparılır. Yavaş-yavaş bu mübarizə öz bəhrəsini verməkdədir. Bir gün gələcək ki, öz məqsədimizə çatacağıq”.

 

O hesab edir ki, Korsikanın muxtariyyət əldə etməsi vacib məsələdir:

Somer Perp

 

“Çünki bu, öz növbəsində bir sıra problemləri həll etmiş olacaq. Lakin təəssüf ki, muxtariyyət əldə etdikdən sonra belə dilimizin tam istifadə edilə bilinməsi üçün hələ çox illər lazım olacaq. Yenidən məktəblərdə Korsika dilini tədris etmək, yeni nəslə dilimizi öyrətmək çox vaxt aparacaq. Gərək dövlət başa düşsün ki, dili sıxışdırıb qırağa qoymaq olmaz. Regionlarda müxtəlif yerli dillər var ki, bu dillər xalqların milli sərvətidir”.

 

Ayaççonun mərkəzində yerləşən suvenirlər mağazasının sahibi İvan Pato isə bildirib ki, ada siyasətçiləri çox düzgün siyasət aparırlar, Korsikaya muxtariyyət verilməlidir:

İvan Pato

 

“Mən gənc yaşlarımdan milli kimliyimizin qorunub yaşadılması üçün mübarizəyə qoşulmuşam. Bu gün korsikalı siyasətçilər çox düzgün siyasət aparırlar. Onlar Korsikaya muxtariyyət verilməsi tələbini irəli sürüblər. Mən onların bu tələbini alqışlayıram və bu istiqamətdə aparılan istər kollektiv tədbirləri, istərsə də şəxsi təşəbbüsləri dəstəkləyirəm. Dilimizin yaşaması, yerli mühitin qorunması, tarazlı iqtisadi inkişafımıza xidmət edən tədbirlərin hamısını dəstəkləyirəm”.

 

İ.Pato hesab edir ki, istər vergi, istər iqtisadi, istərsə də kənd təsərrüfatı və digər sahələrdə yerli səviyyədə qərarlar qəbul edilməlidir:

 

“Bu məqsədlə də yerli hakimiyyət gücləndirilməlidir. Ümumiyyətlə, Korsika icması üçün yerli qanunverici orqanın səlahiyyəti artırılmalıdır”.

 

Qeyd edək ki, Fransanın Korsika adasında Korsika dilinin istifadəsi qadağan olunub. BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn bu məsələ ilə bağlı bəyanatla çıxış edib:

 

"Korsikada yalnız fransız dilinin istifadəsinə icazə ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır. Belə ki, ingilis dili dövlət universitetlərində istifadə olunduğu halda, Korsika dili qadağan edilib", - BMT-nin rəsmisi vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə futbol klubunun prezidenti DÖYÜLDÜ - ANBAAN VİDEO

Türkiyənin "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərinə baxan Cengiz Şen tərəfindən döyülüb.   Sfera.az...

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq -FOTO

"Ötən bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Ağdərə r...

Keçmiş hakim Psixiatriya Xəstəxanasına YERLƏŞDİRİLDİ

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) Respublika Psixiatriya Xəstəx...

Fələstin PrezidentiNyu-Yorka GETDİ

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qarşıd...

Cənubi Karolinada 13 ildən sonra İLK EDAM GERÇƏKLƏŞDİ

ABŞ-nin Cənubi Karolina ştatında 13 ildən sonra ilk dəfə ölüm cəzası tətbiq edilib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Freddi Ouens öt...