“Azəriqaz” gücləndirilmiş iş rejimində çalışacaq

“Azəriqaz” gücləndirilmiş iş rejimində çalışacaq

Novruz bayramı ilə əlaqədar SOCAR “Azəriqaz” İB qeyri-iş günlərində (18-26 mart tarixləri) gücləndirilmiş iş rejiminə keçəcək. Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsi şənbə-bazar günləri saat 10:00-dan 14:00-dək, digər bayram günləri isə saat 10:00-dan 15:00-dək fəaliyyət göstərəcək.

 

Sfera.az xəbər verir ki, xidmət Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək pr. 21/24) bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq.

 

Bundan başqa, “Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzi, Təmir-Tikinti İdarəsinin 104 Çağrı sahəsi də sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.

 

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlarını göndərə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə futbol klubunun prezidenti DÖYÜLDÜ - ANBAAN VİDEO

Türkiyənin "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərinə baxan Cengiz Şen tərəfindən döyülüb.   Sfera.az...

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq -FOTO

"Ötən bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Ağdərə r...

Keçmiş hakim Psixiatriya Xəstəxanasına YERLƏŞDİRİLDİ

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) Respublika Psixiatriya Xəstəx...

Fələstin PrezidentiNyu-Yorka GETDİ

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qarşıd...

Cənubi Karolinada 13 ildən sonra İLK EDAM GERÇƏKLƏŞDİ

ABŞ-nin Cənubi Karolina ştatında 13 ildən sonra ilk dəfə ölüm cəzası tətbiq edilib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Freddi Ouens öt...