İşğaldan azad edilmiş ərazilərə nə qədər vəsait ayrılıb? – Baş nazir açıqladı
Kateqoriya məlum deyil
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması üçün indiyə qədər 6,5 milyard manat ayrılıb.
Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatını Milli Məclisə təqdim edərkən deyib.
Baş nazir sözügedən məbləğin 4,3 milyard manatının 2022-ci ildə xərcləndiyini bildirib. Baş nazir işğaldan azad olunan ərazilərdə quruculuq işlərinin davam etdirildiyini, əhalinin məskunlaşması üçün imkanların bundan sonra da yaradılacağını qeyd edib.
Əzizə Zeynal






