Fərid Şahbazlı: “Zəfər tarixi bütün Türk dünyasında böyük ruh yüksəkliyinə səbəb olub”

Fərid Şahbazlı: “Zəfər tarixi bütün Türk dünyasında böyük ruh yüksəkliyinə səbəb olub”

“Türk dünyası ölkələrinin gənclər siyasətinə məsul qurumları ilə Azərbaycanın müvafiq qurumları, gənclər təşkilatları arasında əməkdaşlığın çox böyük perspektivi və potensialı var. Eyni zamanda Türk dünyası gənclərinin Azərbaycana xüsusi bir marağı və diqqəti var. Özbəkistan və Qazaxıstana səfərimiz çərçivəsində bu diqqəti ciddi şəkildə hiss etdik”.

 

Bu sözləri açıqlamasında Azərbaycan-Özbəkistan Gənclərinin Birinci Dostluq və Həmrəylik Forumun təşkilatçısı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.

 

Birlik sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Türk Dövlətləri Təşkilatı, TÜRKPA və digər beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda ikitərəfli qaydada Türk dünyası ölkələri ilə qurduğu yüksək əlaqələr öz real bəhrəsini verməkdədir: “Bu gün Azərbaycan qardaş Türkiyə ilə birlikdə Türk dünyası ölkələri arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi, inteqrasiya prosesinə liderlik edir. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Cənab Prezidentin xarici ölkələrə səfərlərinin son xronologiyası sübut edirki, Azərbaycan türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının müasir dünyada mövqeyinin daha da möhkəmləndirilməsi işinə ciddi töhfələr verir”.

 

Fərid Şahbazlı bildirib ki, yaxın keçmişdə Qazaxıstan və Özbəkistanda səfərlərdə olub, bir sıra önəmli işgüzar görüşlər keçiriblər: “Bu ölkələrin dövlət qurumlarında, gənclər siyasətlərinə məsul təşkilatlarında, universitetlərində, media qurumlarında çoxsaylı görüşlər keçirdik. Reallıq ondan ibarətdir ki, bu iki qardaş ölkələrdə Azərbaycanın inkişaf modelinə, gənclər siyasətinə, ümumiyyətlə ölkəmizin tarix və mədəniyyətinə böyük maraq var. Türk dünyasının sürətlə inkişaf edən ölkəsi kimi Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət bu ölkələrin gəncləri, mediası tərəfindən ciddi şəkildə öyrənilir.  Azərbaycanın Qarabağda yazdığı Zəfər tarixi bütün Türk dünyasında böyük ruh yüksəkliyinə səbəb olub. Türk dünyası ölkələrinin gəncləri Azərbaycana səfər etmək, ölkəmizin inkişaf tempi, həqiqətlərimizlə yaxından tanış olmaq istəyirlər. Eyni zamanda gənclər təşkilatları, universitetlər birgə ortaq layihələrin icrasına böyük maraq göstərirlər”.

 

F.Şahbazlı deyib ki, “İslahatçı Gənclər” İctimai Birliyi olaraq, bu istiqamətdə müvafiq dövlət qurumları ilə koordinasiya edilmiş şəkildə bir sıra layihələr reallaşdırmağı nəzərdə tuturlar.


OXŞAR XƏBƏRLƏR

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqlar...

DİN-dən vətəndaşlara MÜHÜM ÇAĞIRIŞ: "Araşdırın!"

Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.   DİN-dən Sfera.az-a bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması a...

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...

Suverenliyimizin bərpası bir çoxlarına ümid mesajıdır

Azərbaycanı qərəzli şəkildə hədəfə alan ikili standartlar siyasəti son vaxtlar daha da eybəcərləşib. Əgər işğal dövründə ölkəmizə qarşı etdikləri ayrı-seçkiliyi...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...