Logo

Bakıda yaşayış binasında yanğın başladı - FOTO

Bakıda yaşayış binasında yanğın başladı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda yaşayış binası yanır.

Sfera.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, metronun "Azadlıq" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzillərin birində yanğın başlayıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Nazirlikdən isə bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Report

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR