Logo

Xaçmazda 15 yaşlı qız dəm qazından ölüb

Xaçmazda 15 yaşlı qız dəm qazından ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xaçmazda 15 yaşlı qız dəm qazından ölüb.

Sfera.az xəbər verir ki, şəhərin Şıxəli Qurbanov küçəsində, 2008-ci il təvəllüdlü Əliyeva Səma Əlövsət qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Ailə üzvlərinin bildirdiyinə görə, S.Əliyevaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR