Logo

Şagirdlər nə vaxt tətilə buraxılacaq? - Nazirlikdən xəbər

Şagirdlər nə vaxt tətilə buraxılacaq? - Nazirlikdən xəbər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb.

Nazirlikdən bildirilib ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib.

Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. 2016-2017-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixdə olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR