Logo

Bakıda baş verən atışmada yaralananlardan biri tələbədir - VİDEO

Bakıda baş verən atışmada yaralananlardan biri tələbədir - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident zamanı yaralananlardan biri tələbədir.

Güllə yarası alan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetində təhsil alır.

Universitetdən məlumatı təsdiq ediblər.

Qeyd edək ki, hadisə yerinin yaxınlığındakı restoranda çalışan hal şahidi bildirib ki, atəş səsi eşidən kimi çölə çıxıblar: “Həmin vaxt artıq cinayətkar qaçmışdı. Yaralılar ayağından vurulmuşdu. Dərhal təcili yardım çağırdıq, həmin əsnada yaralılardan biri mənə bildirib ki, tələbədir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR