Nazir onları müşavir vəzifəsinə TƏYİN ETDİ

Nazir onları müşavir vəzifəsinə TƏYİN ETDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədrinə yeni müşavirlər təyin edilib. 

 

Sfera.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Fuad Mehdizadə vəzifəsindən azad olunaraq, sədrin müşaviri təyin olunub. 

 

Peşə hazırlığı departamentinin müdiri isə Rəsulova Mehriban Mehman qızı təyin edilib. 

 

Nazirin digər əmri ilə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin sabiq rəhbəri Səftər Rəhimli də Dövlət Məşğulluq Agentliyi sədrinin müşaviri təyin olunub.

 

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin sədrinin müşavirlərinin sayı 5, köməkçilərin sayı isə 2 nəfərdir.


OXŞAR XƏBƏRLƏR