Quldurluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı - FOTO

Quldurluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtraış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, ŞBPİ-nə vətəndaşa məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı naməlum şəxsin daxil olaraq ev sahibini həyatı təhlükəli zor tətbiq etməklə hədələyərək 1130 manat pul, 200 ABŞ dolları və 2 ədəd mobil telefonu quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub.

 

İlkin araşdırmalar nəticəsində cinayəti törədən şəxslərin Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev və Göygöl rayon sakini Abbas Sadıxov olmaları məlum olub. "İsti izlər"lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən R. Mirzəyev Gəncə şəhərində, A. Sadıxov isə Bakı şəhərində saxlanılıb. Sonuncu saxlanılan zaman üzərindən quldurluq yolu ilə əldə etdiyi pul əskinasları ilə bərabər 1 ədəd tapançaya bənzər alışqan da maddi sübut kimi müəyyən olunaraq götürülüb.

 

Baş İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş oğurluq cinayətinin də üstü açılıb. Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki ticarət mərkəzlərindən birinə qeyr-qanuni yolla daxil olaraq oradan külli miqdarda nağd pul oğurlamaqda şübhəli bilinən Arzu Hacıyev Samux rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...