Allahşükür Paşazadə və digər rəsmi şəxslər qan veriblər
Kateqoriya məlum deyil
Aşura günü ilə bağlı "Təzəpir” məscidində keçirilən aksiya davam edir.
Sfera.az APA-ya istinadən xəbər verir ki, qanvermə aksiyasında iştirak edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, ŞeyxülislamAllahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı, dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və bəzi deputatlar, dini konfessiyaların rəhbərləri də var.
Qeyd edək ki, bu gün Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.
Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkə üzrə 15 məsciddə keçirilir.
Aksiya saat 19-dək davam edəcək.






