Bakıda tanınmış aparıcının avtomobili qarət edildi - FOTO

Bakıda tanınmış aparıcının avtomobili qarət edildi - FOTO

Bakıda tanınmış radio aparıcısı Famil Məcidlinin avtomobilindən oğurluq edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya məlumat verən aparıcı hadisənin martın 8-də saat 20:30 radələrində Nəsimi rayonu ərazisində baş verdiyini bildirib: "Metronun "Memar Əcəmi” stansiyası yaxınlığında parkladığım "Kia Sportage” markalı avtomobilimin sağ yan şüşəsini "sveça" adlanan alətlə sındırıb, əl çantamı aparıblar. Kartlarımı, vəsiqələrimi və digər dəyərli əşyalarımı götürüblər”.

 

F.Məcidli əlavə edib ki, hadisə barədə dərhal DİN-in 102 qaynar xətt xidmətinə zəng edib: "Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəldi, əraziyə baxış keçirildi, ekspertiza barmaq izi nümunələri götürdü. Mənə təxminən 1000 manatdan yuxarı maddi zərər dəyib”.


OXŞAR XƏBƏRLƏR